Şriftin ölçüsü :

Saytın rəngi :

XƏTAİ RAYONUNDA YENİ İL YARMARKASI FƏALİYYƏTƏ BAŞLADI

29 dekabr 2017 | 11:00

Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə Xətai rayonu, Məzahir Rüstəmov küçəsində, Bakı kinoteatrının yaxınlığında bayram yarmarkası fəaliyyətə başlayıb.

Yarmarkaya Balakən, Qəbələ, Qax, Daşkəsən, Quba, Şəmkir rayonlarından gətirilən     məhsullarla yanaşı bayram yarmarkasında müxtəlif firma və məhdud məsuliyyətli cəmiyyətlərin istehsal etdikləri məhsulların daha ucuz qiymətə satışı təşkil olunmuşdur. Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsulların  qiymətləri bazardakı qiymətlərdən nəzərə çarpacaq qədər aşağıdır. Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.

Yarmarkada nümunəvi səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda, buraya bazarlıq etməyə gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti cəlb edir. Kənd təsərrüfatı məhsullarının bir cərgə boyu yerləşdirilərək sakinlərin rahatlığı təmin edilmişdir. Yarmarkanın yüksək səviyyədə keçirilməsi üçün bütün şərait yaradılmış, giriş və çıxışlarda 2 ədəd nəzarət tərəzisi qoyulmuş, lövhələrdə qiymətlərin bazardakılarla müqayisəsi göstərilmişdir.

Sakinlərin diqqətinə çatdırırıq ki, bayram yarmarkası dekabrın 28-dən 31-dək fasiləsiz olaraq 4 gün müddətində fəaliyyət göstərəcək.

Keçidlər