Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

08 yanvar 2018 | 11:00

8 yanvar 2018-ci il tarixdə Humanitar Fənnlər təmayüllü liseyin akt zalında Xətai  rayon  İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının,  xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin  və sakinlərin  iştirakı ilə  1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsi Dəyanət Əzizovun hesabat məruzəsi dinlənilmişdir.

Məruzədə bildirilmişdir ki, nümayəndəliyin xidməti ərazisi Xətai rayon Bələdiyyəsinin bir hissəsi, 33 saylı Xətai 1-ci seçki dairəsinin Əhmədli qəsəbəsini çıxmaqla tam əhatə etməklə 1.02 kv/km-dir. Əhalisi  69146 nəfərdir. İnzibati ərazi dairəsinin sərhədləri şərti olaraq Babək prospekti, M.Hadi küçəsi, Ukrayna dairəsi, Neapol dairəsi və A.Rəhimov küçələrini əhatə edir. İnzibati ərazi dairəsinin ərazisində Mənzil Kommunal Təsərrüfatı Birliyinin 29; 75;89; 90; 93; 94  saylı,  118, 122 və 143 saylı xüsusi təyinatli mənzil istismar sahələri xidmət göstərir.          
       İnzibati ərazi dairəsində 8 ümumtəhsil tam orta məktəb, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin bir şöbəsi, Şahmat məktəbi, iki kitabxana, 13 uşaq baxçası, 3 saylı körpələr evi, 6 və 7 saylı şəhər poliklinikaları, Protez ortopedik bərpa mərkəzi, “Turan”, “Diaqnostika”, “Medikal Plaza” və  “Ultra Med”   özəl klinikaları, “Sərhədçi” və  “Ruslan” idman kompleksi, Əhmədli çörək zavodu, “AER” dondurma zavodu  yerləşir. Müvafiq dövlət proqramı çərçivəsində inzibati ərazidə olan orta məktəblər və 10  məktəbəqədər təhsil ocağı əsaslı təmir olunmuşdur. Eyni zamanda inzibati ərazimizdə yerləşən 3 məktəbəqədər (217; 228; 232 ) təhsil müəssisələrinin və  Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin bir şöbəsi  təmirə ehtiyacı var.
      2016-2017–ci tədris ili üzrə ərazidə yerləşən təhsil müəssisələrindən  517 şagird  məzun olmuş, onlardan 457 nəfəri ali məktəblərə sənəd vermiş,   383 nəfəri  ali məktəblərə qəbul olmuşdur. Qəbul zamanı yüksək nəticə göstərən təhsil müəssisələri 17, 261 nömrəli məktəblərin, 287 nömrəli “Zəkalar” liseyindən  11 şagird  650-700 arası  bal toplamış və onlardan 5 nəfəri prezident təqaüdünə layiq görülmüşlər. Respublika üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər arasında keçirilən “Şahin”  hərbi idman və turizm oyunlarının nəticələrinə görə 138 saylı orta məktəbinin şagirdləri Bakı şəhəri üzrə birinci  yeri tutmuşdur. 12-22 may tarixlərdə Baki şəhərində keçirilən IV İslam Həmrəyliyi oyunlarında həmin məktəbin şagirdi  Heydərov Roman Ğülbala oğlu cüdo üzrə birinci yerə layiq görülmüşdür.
      2017-ci il ərzində nümayəndəliyin ərazisində əsas və məhəllədaxili küçələrdə 9798 kv/m  asfalt örtüyü yenilənmişdir. Konkret olaraq  Sarayev küçəsinin asfalt örtüyü tam yenilənmişdir.   Məhəllədaxili yollardan   Neapol küçəsi  41, Babək prospekti 86, 88, 90, 92, Telnov  küçəsi 18, 18a, M.Rüstəmov küçəsi 2, 31, 32, Sarayev küçəsi 12, 14, 16, 18, 20, S.Ə.Şirvani küçəsi 1, 3, 7, 9 saylı binalarını əhatə edən məhəllədaxili yolların asfalt örtüyü yenilənmişdir. Həmin məhəllələrdə küçə işiqları üçün yeni dirəklər quraşdırılmış və sakinlərin asüdə vaxtlarini səmərəli keçirmələri üçün oturacaqlar və günlüklər yerləşdirilmişdir. Hazırda M.Hadi kücəsində əsas yolun təmir bərpa işləri davam etdirilir. İnzibati ərazidə yerləşən hündür mərtəbəli binaların  11-nin dam örtüyü şüşə rübroyüdlə yenilənmişdir, 6 binanin giriş və fasad hissələri təmir edilmişdir.
Ərazidə olan hündürmərtəbəli yaşayış binalarının su təchizatının yaxşılaşdırılması istiqamətində binaların zirzəmilərindən su xətlərinin xaricə çıxarılması üçün "Azərsu" ASC tərəfindən pilot layihənin həyata keçirilməsi davam etdirilir və "smart kart" tipli elektron sayğaclar  quraşdırılır. Həmin küçələrdə yanğın təhlükəsizliyinə qarşı su qidrantlar yerləşdirilir.                                                                 Dövlət proqramına uyğun olaraq qaz təchizatının yaxşıladırılması ilə bağlı hesabat dövründə  abunəçilərin   sayğacları yenilənərək "smart kart " tipli elektron sayğaclar ilə əvəz olunması sona çatdırılmışdır.
   Hesabat dövründə “Azəristiliktəchizat” ASC  tərəfindən ərazidə yerləşən   yaşayış binalarının istilik sistemlərində  cari təmir işləri aparılmış, məhəllədaxili küçələrdən M.Rüstəmov küçəsi 19-da istilik xəttinin  diametri 150 m/m,  uzunluğu 250 m olan boru, Q.Nəbi küçəsi 10 sayli binanın  arxa hissəsində  diametri 150 m/m, uzunluğu 180 m  olan boru yenilənmişdir.   Inzibatı ərazidə yerləşən dörd  istilik  məntəqəsi  114 binani istiliklə təmin edir. Buna baxmayaraq  5 yaşayış binası (Neapol 19, Şirvani 4a, M.Rüstəmov 4/6, 6/4, Q.Nəbi 1/2)   istilik almır.Bu sahə tərəfimizdən daim nəzarətdə saxlanılır.  Bununla yanaşı xidməti ərazidə olan binaların 591 ədəd liftdən hesabat dövründə  153 ədədi yenilənmiş,  104 ədəd liftin dəyişdirilməsinə ehtiyac var. Hesabat dövründə inzibati ərazimizdə bərpa olunan və yeni açılan ticarət obyektlərində 35-dən cox yeni iş yerləri yaradılmışdır.
   Qeyd edək ki, ərazimizdə yerləşən məişət tullantılarının yığılması üçün nəzərdə tutulmuş meydançalarda yeni tipli iri həcimli 36 ədəd konteyner yenisi ilə əvəz edilmişdir. Gündəlik qrafikə uyğun olaraq məişət tullantıları ərazimizdə olan Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərinin  köməkliyi əsasında vaxtında  daşınır və təmizlənir. Həmin sahə  tərəfimizdən daim nəzarətdə saxlanılır.
      Cənab Prezidentin tapşırığına əsasən rayon əhalisini narahat edən məsələlərin yerində araşdırılması və mövcud problemlərin aradan qaldırması məqsədi ilə rayon İcra Hakimiyyəti Başçısının nümayəndəliyin ərazisində  7 səyyar qəbulu keçirilmişdir. Keçirilən səyyar qəbullarda 42  nəfər iştirak etmiş, 25 sakinin  problemləri yerində həllini tapmış, 17 sakinin probleminin həlli aidiyyatı üzrə təşkilatlara yönəldilmişdir.
       Cənab Prezidentin əhalinin sağlamlığına  göstərdiyi diqqət və qayğının nəticəsidir ki, hər il olduğu kimi bu il də  inzibati ərazidə əhali tibbi müayinədən keçirilmişdir. Ərazimizdə yaşayan yuxarı yaş qrupuna  daxil  olan  sakinlər 6 və 7 saylı poliklinikada, uşaqlar 9 saylı  uşaq poliklinikasında  tibbi müayinədən keçmişlər. Müayinə zamanı 10073  ambulator, 630 stasionar xəstə müəyyən edilmiş  və müalicə üçün təyinatı üzrə tibb ocaqlarına göndərilmişdir
Hesabat dövründə nümayəndəliyin ərazisində mövcud ailə təsərrüfatı subyektlərinin qeydiyyatı məqsədilə yeni təsərrüfat uçot kitablarının yazilmasına başlanılmış  və işlər  davam etdirilir.
Mühasibatlıq tərəfindən lazımı hesabatlar vaxtı-vaxtında verilmiş, nümayəndəliyin fəaliyyəti üçün Bakı şəhəri baş Maliyyə idarəsi tərəfindən ayrılmış maliyyə təyinatı üzrə ödənilmişdir.
Nümayəndəlik rayonda keçirilən bütün tədbirlərdə və iməciliklərdə yaxından fəal iştirak etmişdir.
Fəaliyyət dövründə nümayəndəliyə sakinlər tərəfindən 18 məktub və şikayət  ərizəsi  daxil olmuşdur. Həmin şikayətlər yerində araşdırılmış və vətəndaşların problemləri həll olunmuşdur. Müxtəlif təşkilatlara 38 məktub göndərilmiş, qəbul günlərində vətəndaşlar müxtəlif problemlərlə şifahi müraciət etmişdir.                                                                                    
Cənab Prezidentin sərəncamina əsasən 2017-ci il ”İslam həmrəyliyi ili” çərçivəsində ərazimizdə yerləşən idarə və  təşkilatlarda tolerantlıq, sülh, mulitikultural dəyərlər mövzusunda tədbirlər keçirilmişdir. Ərazimizdə təşkil olunan tədbirlər sırasinda ən mühüm yeri ümümi milli liderimiz Heydər Əliyevin və cənab Prezidentimiz İlham Əliyevin ictimai - siyasi  həyatı ilə bağlı İcra Hakimiyyətinin təşkil etdiyi maarifləndirmə tədbirləridir.    

Sonra çıxış edənlər Hümanitar Fənlər Təmayüllü liseyin direktoru  Nəzakət Əskərova, 7 Saylı Şəhər Poliklinikasının Terapiya şöbəsinin  müdüri – Səbinə Həsənova, sakin  Saməddin İsmayiov və başqaları çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.  

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.
 

Keçidlər