Xətai rayonunda 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib
9 yanvar 2018-ci il tarixdə 264 nömrəli tam orta məktəbin akt zalında Xətai rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun, hüquq-mühafizə orqanlarının, xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin və sakinlərin iştirakı ilə 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə İcra Hakimiyyəti Başçısının nümayəndəsinin müavini Malik Hüseynovun hesabat məruzəsi dinlənilmişdir.
Məruzədə bildirilmişdir ki, 2 nömrəli SİƏD-nin ərazisi 2.6 kv.km, əhalisi 68000 nəfərdir, ərazidə 10 orta məktəb, uşaq müsiqi məktəbi, 16 uşaq bağçası, 2 poliklinika , xidmət idarələri, dövlət təşkilatları və digər sahibkarlıq subyektləri fəaliyyət göstərir.Aparılan abadlıq-quruculuq işləri çərçivəsində inzibati ərazidə məhəllədaxili yollarda 57.891kv.m asfalt örtüyü vurulmuş, General Şıxlinski küçəsi 36,38,40 və N.Tusi küçəsi 29,31,39 saylı binaların qarşısında “Nümunəvi həyət” salınmış, X.Məmmədov küçəsi 25 və 29 saylı ünvanlarda, Cavanşir küçəsinin ətrafında bina sakinləri tərəfindən qanunsuz çəpərlənmiş bağ sahələri sökülmüş, R.Məmmədov küçəsi 4,4a,15q ünvanlarda və İDEA İçtimai Birliyi, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən ”Abad həyət-Sağlam həyat” layihəsi ilə bağlı X.Məmmədov küçəsi 6, 2, 2a, 4, 4a, 4b saylı binaların həyətləri abadlaşdırılmış, ərazidə müasir üslubda inşa olunan 120 yerlik uşaq bağçanın həyətində uşaq əyləncə elementlərin və qurğuların quraşdırılması, istirahət guşəsinin yaradılması, dekorativ ağac və ğül kolların əkilməsi nəzərdə tutulmuşdur.Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar “700 min ağac əkək kampaniyası” çərçivəsində keçirilən ağacəkmə aksiyasında Ulu Öndərin adını daşıyan ümumi sahəsi 5 ha olan Heydər Əliyev adına istirahət parkında yaşıllaşdırma işləri davam etdirilmişdir. Xidmət İdarələri tərəfindən sosial-iqtisadi proqramların və investisiya layihələri əsasında General Mehmandarov, General Şıxlinski, Cavanşir, Q.Məmmədov küçələrində və Gəncə prospektində qaz, elektrik, istilik, su və kanalizasiya sahəsində əsaslı təmir işləri aparılmış və 45 ünvanda yaşayış binaların zirzəmisindən çirkab- qurunt suları təmizlənmiş və dezinfeksiya olunmuşdur. Ərazidə 200 yaşayış binası və məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri və digər sosial obyektlər normal istiliklə təmin olunur. Yaz-yay mövsümü ilə əlaqədar sanitar-epidemioloji qaydalara əməl olunması, və yanğın təhlükəsi hallarına qarşı mübarizə tədbirləri gücləndirilmişdir Rayon MKTB-nin “Təmiz baca” MMC ilə müqavilə əsasında 526 mənzilin tüstü bacası və havasorucu kanallları təmizlənmişdir. “Kommunal Xidmətləri Müəssisəsi” MMC tərəfindən məişət tullantılarının vaxtında daşınması və zərərsizləşdirilməsinə, qanunsuz ət kəsiminə, satışına və küçə ticarətinə qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Aztəminatlı ailələrin sosial-məişət problemlərinin həllinə diqqət artırılmışdır. Seçki Məcəlləsinə müvafiq olaraq seçicilər haqqında məlumatların hazırlanmasında Xətai 34 saylı D S K-a köməklik göstərilmişdir. Fevral-may 2017-cı il tarixlərdə əhali tibbi müayinədən keçirilmiş, əhalinin məşğulluğunun təmin olunması və yeni iş yerlərinin açılması ilə əlaqədar inzibati ərazidə vətəndaşlar müvəqqəti işlə təmin olunmuşlar. 22 dekabr 2017-ci il tarixdə Cavanşir küçəsi 6 ünvanında yerləşən 34 nömrəli uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi olmuşdur. Çəncə prospekti 20 ünvanda qəzalı binada məskunlaşmış 112 məcburi köçkün ailəsi və müxtəlif rayonlardan olan 22 ailənin köçürülməsi başa çatdırılmış və hazırda qəzalı binanın söküntü işləri aparılır. Heydər Əliyev adına parkda gənclərin hərbi xidmətə və "Ölkəmizi tanıyaq" layihəsi əsasında məktəblilərin respublikamızın bölgələrinə təntənəli yolasalma mərasimi keçirilmişdir. Nümayəndəliyin ərazisində 27 avqust 2017-ci il tarixində Şəhid Əzizzadə Xaliq Həsən oğlunun Cavanşir küçəsində yaşadığı binanın qarşısında barelyefi vurulmuş, ətarafı abadlaşdırılmış və rayon İcra Hakimiyyətinin başçısının, millət vəkillərinin, içtimaiyyətin nümayəndələrinin və sakinlərin iştirakı ilə anım tədbiri keçirilmişdir. Aparatının ictimai-siyasi və hümanitar məsələllər şöbəsinin müdiri Pənah İmanovun təşkilatçılığı ilə nümayəndəliyin ərazisində yerləşən bir sıra təhsil, səhiyyə və mədəniyyət ocaqlarında Azərbaycan Respublikası Prezidentinin xarici siyasət kursu: “Balanslı siyasət və cəsarətli qərarların təntənəsi” mövzusunda ictimayətlə görüşlər keçirilmiş və “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda tədbirlər keçirilmişdir. “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”də nəzərdə tutulmuş ev təsərrüfatı uçotu kitabalrın işlənməsinə başlanılmışdır. İnzibati ərazidə rayon İcra Hakimiyyəti başçısının 8 səyyar qəbulu keçirilmiş, 85 vətəndaşın müraciəti ilə əlaqədar müvafiq tədbirlər görülmüşdür.
Sonra çıxış edənlər 264 nömrəli məktəbin direktoru Sevda Qocayeva, 34 nömrəli Uşaq musiqi məktəbinin direktoru Vəfa Həziyeva, rayon sakini Vəfa Məmmədova, 264 saylı məktəbin tərbiyyə işləri üzrə direktor müavini Kəmalə Cabbarova və başqaları çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırılmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.