Cavanşir küçəsi 10a ünvanda yerləşən 1 saylı Peşə məktəbinin inzibati binasında və həyətində məskunlaşmış sakinlərin şikayətləri dinlənildi
10 yanvar 2018-ci il tarixdə Xətai rayonu Cavanşir küçəsi 10a ünvanında yerləşən 1 saylı Peşə məktəbinin inzibati binasında və həyətində məskunlaşmış bir qrup qaçqın və məcburi köçkün ailəsi rayon İcra Hakimiyyətinə müraciət edib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Təsərrüfat Şöbəsinin müdiri Hüseyin Abbasov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayonun memarı Vadum Surxayev, Mənzil kommunal Təsərrüfat Birliyinin rəisi Əvəz İsmayılov vətəndaşları qəbul ediblər.
Sakinlər qəbul zamanı bildiriblər ki, yaşadıqları evləri qəzalı vəziyyətdədir və bununla bağlı köməklik göstərilməsini xahiş ediblər.
Sakinlərin müraciətləri dinlənilmiş və izahat verilmişdir ki, qəzalı vəziyyətdə olan binalarda məskunlaşan məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsi çərçivəsində görülən işlər davam edir. Yaxın zamanlarda bütün qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi təmin olunacaqdır.