Milli Qəhrəman Şirin Mirzəyevin xatirəsi anıldı
Yanvarın 9-da Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə MKS-in Kitabxanasında Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant, Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin xatirəsinə həsr olunmuş “Alay komandiri” adlı tədbir təşkil olunmuşdur.
Tədbirdə Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı-Milli Məclisin deputatı Flora Qasımova, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siaysi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siaysi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Xətai rayon İcra Hakimiyyəti Başçısının Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov, Hərbiçi, jurnalist, Şirin Mirzəyevin döyüşçüsü, “Diqqət ! Mən üç yüz birəm!” filminin ssenari müəllifi Rey Kərəmoğlu, AYB-nin üzvü, şair, Azərbaycan Dövlət Televizyasının əməkdaşı, “Alay Komandiri” poemasının müəllifi Ələmdar Quluzadə, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin döyüşçü dostları, ailə üzvləri və yaxın qohumları iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan Xətai MKS-in baş ktabxanaçısı bildirdi ki, Şirin Mirzəyev əsl peşəkar hərbçi idi. O, mükəmməl nəzəri biliklərə, zəngin təcrübəyə malik idi.
Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov çıxış edərək bildirdi ki, qəhrəmanlar anadan qəhrəman doğulmur onları döyüşlər, düşmənlə mübarizə, yalnız öz sərt qanunlarına tabe olan müharibə yetişdirir. Torpaq, üstünə qan töküldükcə öz igidlərini kəşf edir.
Daha sonra Milli Qəhrəmanın həyat yoldaşı-Milli Məclisin deputatı Flora Qasımova çıxış edərək Şirin Mirzəyev haqqında xatirələrindən danışdı. Allahdan bütün şəhidlərə rəhmət diləyərək Şirin Mirzəyevi bu gün də unutmayan döyüşçü dostlarına, tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri Fuad Salahov, Hərbiçi, jurnalist Rey Kərəmoğlu, AYB-nin üzvü, şair Ələmdar Quluzadə, Azərbaycan Milli Qəhrəmanı Şirin Mirzəyevin döyüşçü dostları, ailə üzvləri və yaxın qohumları şəhid haqqında xatirələrini paylaşdılar
Tədbir zamanı “Alay Komandiri” poemasından parçalar səsləndirildi. Qarabağ qazisi Rey Kərəmoğlunun ssenarisi əsasında çəkilmiş "Diqqət! Mən üç üz birəm!” sənədli film nümayiş olundu.
Sonda Xətai rayon MKS-inin direktoru Oruc Quliyev çıxış edərək hər kəsə tədbirdə iştirakına görə təşəkkürünü bildirdi və qeyd etdi ki, xalqımızın igid oğlu polkovnik-leytenant Şirin Mirzəyev fikir, xəyal və təsəvvürlərdən başqa, Azərbaycan durduqca yaşayacaq, xalqımızın qəhrəmanlıq tarixində daim xatırlanacaqdır.