Şriftin ölçüsü :

Saytın rəngi :

20 dekabr 2013-cü il tarixdə YAP Xətai rayon təşkilatının inzibati binasında rayon aktivlərinin iştirakı ilə rayon İcra Hakimiyyəti başçısının yeni təyin olunmuş müavinlərinin təqdimat mərasimi keçirilmişdir.

21 dekabr 2013 | 11:00

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən ölkədə  aparılan uğurlu daxili və xarici siyasət, sosial-iqtisadi sahələrdə, abadlıq-quruculuq sahələrində əldə olunan yüksək nəticələr eləcə də aparılan kadr siyasəti barədə çıxış edərək  yeni təyin olunmuş rayon İcra Hakimiyyətinin başçısının  müavinlərini rayonun idarə, müəssisə, təşkilat, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərlərinə təqdim etmişdir.
Xətai rayon İcra Hakimiyyətinin başçısının 126 saylı, 19.12.2013-cü il tarixli   əmri ilə rayon İcra Hakimiyyətinin başçısının müavini Quliyev Rafiq Çəpərxan oğlu yüksəliş yolu ilə vakant başçının birinci müavini  vəzifəsinə təyin edilmişdir.

Xətai rayon İcra Hakimiyyətinin başçısının 127 saylı, 19.12.2013-cü il tarixli   əmri ilə vakant başçının müavini  vəzifəsinə Abdıyeva Jalə Zülfiqar qızı təyin edilmişdir.
Abdıyeva Jalə Zülfiqar qızı 1982-ci ildə Bakı şəhərində anadan olub.
1989-1999-cu illərdə Bakı şəhərində 20 saylı orta məktəbdə təhsil alıb.
1999-2005-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirib və həkim-dermatoveneroloq ixtisasına yiyələnib.
2006-2011-ci ildə 3 saylı Uşaq Dəri Zöhrəvi Dispanserində dəri-zöhrəvi həkimi işləyib.
2011-2013-cü illərdə Mərkəzi Neftçilər xəstəxanasında şöbə müdirinin  müavini vəzifəsində çalışıb.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 2 övladı var. Rus və ingilis dillərini sərbəst bilir.

Keçidlər