Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin və Təhsil Nazirliyinin birgə layihəsi əsasında ingilis dili mərkəzləri açılıb

10 yanvar 2018 | 11:00

Xətai rayonu Humanitar fənlər təmayüllü məktəb-liseydə və 245 saylı tam orta məktəb-liseydə Britaniya Hökumətinin, Britaniyanın Azərbaycandakı Səfirliyinin dəstəyi və Təhsil Nazirliyinin birgə layihəsi əsasında İngilis dilinin daha da geniş tətbiqi və genişləndirilməsi üçün mərkəzlər açılmışdır.

Mərkəz Britaniya Səfirliyi tərəfindən bəzi lazımi texniki avadanlıqlar, kitablar, lüğətlər, CD disklər və kurslara lazım olan bütün ləvazimatlarla təmin edilmişdir. Səfirliyin təlimçi müəllimləri 4 ay müddətində bu kurslarda iştirak edəcəklər. Onların köməyi və dəstəyi nəticəsində yeni təlimçi müəllimlər hazırlanacaq və həmin müəllimlər fəaliyyətlərini bu istiqamətdə davam etdirəcəklər.
Açılış mərasimində Britaniya Səfirliyinin nümayəndəsi və bu layihənin rəhbəri xanım Elzabet Vayt, layihənin əməkdaşları Gülşən Hüseynova, Əsmər Yusifova, Fatimə Süleymanova, Təranə Böyükzadə və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin nümayəndəsi Orxan Abbasov iştirak edirdilər.
Tədbirdə liseylərin direktorları, Təhsil Nazirliyinə göstərdiyi etimada və xanım Elzabet Vayta Britaniya Hökumətinin Azərbaycan təhsilinə göstərdiyi dəstək və qayğıya görə öz təşəkkürünü bildirdilər. Layihənin rəhbəri xanım Elzabet Vayt mərkəzi çox bəyəndiyini və yaradılan şəraitə görə öz minnətdarlığını bildirdi.
Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları şöbəsinin nümayəndəsi Orxan Abbasov öz çıxışında müasir dövrdə  İngilis dilinin əhəmiyyətindən, təhsilimiz üçün bu işin nə qədər önəmli olduğundan söhbət açaraq Bu yolda öyrədənlərə və öyrənənlərə böyük uğurlar arzuladı.

Keçidlər