Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin illik hesabat yığıncağı keçirilib

12 yanvar 2018 | 11:00

12 yanvar 2018-ci il tarixdə Turizm və Sosial Xidmətlər üzrə Dövlət Peşə Təhsil Mərkəzinin  akt zalında Xətai  rayon  İcra Hakimiyyətinin Başçısı Razim Məmmədovun,   hüquq-mühafizə orqanlarının,  xidmət rəhbərlərinin, təhsil, səhiyyə və mədəniyyət işçilərinin, iş adamlarının, ziyalıların, ağsaqqalların, Xətai Bələdiyyəsi üzvlərinin  və sakinlərin  iştirakı ilə  rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. Toplantıda rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Tağızadənin hesabat məruzəsi dinlənilmişdir.

Məruzədə bildirilmişdir ki, Əhmədli qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik 2017-ci ildə fəaliyyətini “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq vəzifə və səlahiyyətləri çərçivəsində davam etdirmiş, perspektiv iş planı əsasında qəsəbənin abadlaşdırılması, əhalinin məişət-kommunal problemlərinin həlli, sosial əhəmiyyətli sifarişlərin öyrənilməsi və ötən hesabat yığıncağında səsləndirilmiş təklif və müraciətlərin icrası üçün zəruri tədbirlər görmüşdür.

2017-ci ilin fevral və dekabr aylarında  Zakir Əhmədov adına 64 saylı orta məktəbdə Daxili İşlər Nazirliyinin Xətai rayon Polis İdarəsinin rəisi cənab Muradəli Babayevin, 34-cü Polis Bölməsinin, Əhmədli qəsəbə Nümayəndəliyinin və Əhmədli Bələdiyyəsinin əməkdaşlarının  iştirakı ilə  “Narkomaniya əsrin bəlasıdır” və “ Yol hərəkəti ” mövzularında tədbirlər keçirilmişdir.  
Qəsəbənin sosial-məişət problemlərinin həll olunması, ərazidə təmizlik və abadlıq işlərinin yerinə yetirilməsi istiqamətində aparılan işlərdə Nümayəndəlik öz fəaliyyətini rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayon Xidmət İdarələri və Əhmədli Bələdiyyəsi ilə əlaqəli qurmuşdur.
Hesabat dövründə  Qəsəbədə rayon İcra Hakimiyyəti Başçısının 3 Səyyar qəbulu keçirilmiş, qəbulda iştirak edən  vətəndaşların  müraciətləri ilə əlaqədar  müvafiq tədbirlər görülmüş və problemlərlə bağlı  aidiyyatı  dövlət orqanlarına rəsmi müraciət olunmuşdur. Nümayəndəliyə  rayon İcra Hakimiyyətindən,  dövlət orqanlarından, təşkilatlardan və vətəndaşlardan daxil olmuş ərizə, məktub və şikayətlərə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq baxılmış, tədbirlər görülmüş, nəticəsi barədə vətəndaşlara qanunamüvafiq izahat verilmişdir. 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 15 fevral- 15 may 2017-ci il tarixlərdə   rayonun Əhmədli qəsəbəsində 6332 nəfər əhali tibbi müayinədən keçirilmişdir. Yataq xəstələrinin müayinəsi məqsədi ilə səyyar həkim briqadası təşkil olunmuş, xəstələrə ambulator və stasionar müalicə təyin edilmiş və əhalinin dispanserizasiyası uğurla başa çatdırılmışdır.

Sonra çıxış edənlər  Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Fikrət Nəbiyev, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının stasionar şöbəsinin müdiri  Firudinli Fəxrəndə, Qəsəbə Bələdiyyəsinin Sədri Pərviz Quliyev,  Xətai rayon Əhmədli məscidinin İmamı Hacı Murad Cəfərov, Xətai rayon Ağsaqqallar Şurasınnı Sədri və Qəsəbə sakini Qurbanəli Əlizadə və başqaları çıxış edərək nümayəndəliyin hesabatını qənaətbəxş hesab etmiş, görülən işlər üçün rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirmişlər.  

Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hesabat yığıncağında çıxış edərək, nümayəndəlik ərazisində mövcud olan bütün nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi araşdırmalar aparılmasının və problemlərin həlli yollarının tapılmasının vacibliyini vurgulamış, aidiyyatı şəxslərə bu sahədə müvafiq təlimat və tapşırıqlarını vermişdir.

Keçidlər