Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin rəsmiləri Mirzə Davud küçəsində olublar

13 yanvar 2018 | 11:00

Artıq bir neçə gündür ki, bəzi kütləvi informasiya vasitələrində Xətai rayonu, Mirzə Davud  küçəsində yüksək gərginlikli elektrik xətlərinin altında mənzillərin inşa olunması ilə bağlı məlumatlar yayılır.
Mətbuatda işıqlandırılmış məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini, aparatın şöbə müdirləri, başçının SİƏD-lər üzrə nümayəndələri, MKTB, aidiyyəti MKİS-lərin rəisləri həmin ərazidə olublar.  Məlumat üçün bildiririk ki, həmin mənzillər köhnə tikililərdir və 90-cı illərin əvvəllərində İEM və Terminalda çalışan işçilər tərəfindən inşa olunmuşdur. Hazırda həmin şəxslər sözügedən mənzillərdə yaşayırlar. Əraziyə baxış keçirən zaman bir qrup sakin RİH-in əməkdaşlarına yaxınlaşaraq evlərinə bitişik ərazidən keçən yüksək gərginlikli elektrik xətlərinin, buxar borularının və qaz xətlərinin çıxarılmasını xahiş ediblər.
Sakinlərin müraciətlərini nəzərə alaraq müvafiq tədbirlərin görülməsi üçün “Azərenerji” ASC-yə və “Azərişıq” ASC-yə müraciət edilməsi məqsədəmüvafiq  sayılmışdır.

Keçidlər