Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı 29 ünvanda yaşayan sakinlərin müraciətləri Xətai rayon İcra Hakimiyyətində araşdırılır

13 yanvar 2018 | 11:00

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bütün sahələrdə olduğu kimi sahibkarlığın inkişafına normal şəraitin yaradılması, dəstək göstərilməsi prioritet məsələlərdəndir. Bu istiqamətdə Xətai rayonunda da mütəmadi işlər həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-ci il tarixli Bakı şəhərinin 9 rayonunda, o cümlədən Xətai rayonunda sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarın icrası ilə əlaqədar rayon ərazisində bir sıra pilot layihələr çərçivəsində inşa işləri aparılır.
       Lakin təəssüflər olsun ki, bəzi sahibkarlar tərəfindən aparılan tikinti işləri zamanı ciddi qanun pozuntularına yol verilir və bu da nəticədə vətəndaşların haqlı narazılığına səbəb olur. Nəticədə sakinlər tərəfindən Azərbaycan Respublikasının Prezidentinə, digər  əlaqədar təşkilatlara, o cümlədən rayon  İcra Hakimiyyətinə müraciətlər ünvanlanır. Bu günlərdə Xocalı prospekti, 29 ünvanda yaşayan bir qrup sakinin müraciətində bildirilir ki, “The Baku Gourup Ltd.” MMC-nin sifarişi və aralarında olan podrat müqaviləyə əsasən “İdeal-İ İnşaat” MMC göstərilən ünvanda 894 mənzilli binanın tikintisinin 2007-ci ildə tamamalanması nəzərdə tutulsa da, bu işlər bu günədək başa çtmamışdır. Belə ki, mənzillər sakinlərə satılan zaman vəd edilmiş öhdəliklərə əməl edilməmiş, qaz, işıq, su sayğaclarının quraşdırılması ilə bağlı hər mənzildən əlavə vəsait toplanmasına baxmayaraq bu günədək bu vədlər də təsdiqini tapmamışdır.
Hazırda rayon İcra Hakimiyyətinə daxil olan bu müraciət araşdırılır və sakinlərin hüquqlarının bərpa olunması və problemlərinin həll olunması ilə əlaqədar icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində mümkün köməkliklər göstəriləcək.


 

 

Keçidlər