Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı Nobel pr.5 ünvanının sakinləri ilə görüşdü.

21 dekabr 2013 | 11:00

2013-cü il dekabrın 20-də Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun Nobel pr.5 ünvanının   sakinlər ilə görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri , eləcə də sakinlər iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən Hacıyev Ziyafəddin, Səfərov  Güləhməd və başqaları çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə, eləcə də Nobel prospekti 3 və 5 saylı binaların arasında yeni inşa olunan milli ornamentlərin də əks olunduğu arkada aparılan işlərin yekunlaşdırılması, “Ağ şəhər” Bulvarında aparılan işlərlə bağlı Nobel prospekti boyunca  yol kənarlarında yaranan nöqsanların aradan qaldırılması və Cavanşir küçəsi 36, 38 saylı binaların söküntüsü işlərinin sürətləndirilməsi ilə bağlı aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər