20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Xətai rayonunun təhsil müəssisələrində silsisilə tədbirlər keçirilir
20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Xətai rayonunun təhsil müəssisələrində silsisilə tədbirlər davam etdirilir.
Tədbirlərdə qeyd olunub ki, bir tərəfdən kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün bütün dünya, xalqımızın qəhrəmanlıgının, azadlıq ugrunda mübarizliyinin şahidi olub. Qanlı yanvar hadisələri zamanı həlak olanların xatirəsi ehtiramla yad edilib. Şagirdlər hazırladıqları şeir, musiqi və səhnəciklərlə həmin günün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olmasını qonaqların diqqətinə çatdırıbar.
Bu cür silsilə tədbirlərin keçirilməsində məqsəd gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirmək, həmçinin, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu dünya içtimaiyyətinə çatdırmaqdır.