Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində 20 yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirilib

19 yanvar 2018 | 11:00

Müstəqillik tariximizə şərəfli  bir gün kimi yazılan 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətində  şəhid ailələri və əlillərlə görüş keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, həmin gün xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kuliminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil olub. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiyməti isə yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra vermək mümkün olub.
Tədbirdə iştirak edən YAP-nın Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov isə öz çıxışında bildirib ki, faciədə şəhid olanların ailə üzvlərinin və əlil olanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Qeyd olundu ki, hazırda rayon ərazisində 10 şəhid ailəsi 20 əlil yaşayır. Onların dövlət qaygısı ilə əhatə olunması daim diqqətdə saxlanılır, ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə baglı konkret tədbirlər həyata keçirilir. 
Çıxış edən şəhid ailələri isə onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Tədbirin sonunda şəhid ailələrinə və əlillərə maddi yardım olunub.

Keçidlər