Şriftin ölçüsü :

Saytın rəngi :

"Azadlıq aşiqləri günü-20 yanvar" respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

19 yanvar 2018 | 11:00

Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Azadlıq aşiqləri günü-20 yanvar" respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
Sərgidə Azərbaycan Dovlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, Azərbaycan  Rəssamlar İttifaqinin katibi Ağəli İbrahimov, Xətai İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Sənətşünas Ziyatxan Əliyev Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çixış edərək bu günün həqiqətən azadlıq aşiqləri günü olduğunu və bu günün azadlığa gedən yolun başlancığı olduğunu bir daha qeyd etdilər.
Sərgi iştirakçıları diplomlarla təltif olundu, müsabiqədə iştirak edən fəal yaradıcılıq studiyaları təşəkkürnamə ilə təltif olundu.
15 yaşa qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd azadlıq mübarizəsinin parlaq səhifələrindən olan 1990-cı il 20 yanvar hadisələrini, xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, bayraq və azadlıq eşqini bir daha xatırlamaq, gələcək nəsillərə ötürməkdən ibarətdir.
Müsabiqəyə 300-ə yaxın uşaq, 400-dən çox əsəri ilə qatılıb.


 

Keçidlər