Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir.

22 dekabr 2013 | 11:00

Dekabrın 21-də Xətai  rayonunda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilmişdir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkaya mövsümə uyğun olaraq ət, süd,  meyvə-tərəvəz  və konserv məhsulları çıxarılmışdır.
Bütün məhsulların sanitar-gigiyenik vəziyyəti Kənd Təsərrüfatı Nazirliyi yayında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən diqqətlə yoxlanılır.
Yarmarkada qoyulmuş nəzarət tərəzisində hər kəs aldığı məhsulun çəkisini yoxlamaq imkanı qazanmışdı.
Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 212 ton məhsul gətirilmişdir.
Alıcılar yarmarkada yaradılan şəraitdən və məhsul bolluğundan razıdırlar.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Yarmarkada xidmət şəraiti də razılıq doğururdu.

Keçidlər