Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı küçə ticarəti ilə mübarizə ilə bağlı əraziyə baxış keçirmişdir

31 yanvar 2018 | 11:00

   31 yanvar 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov rayon ərazisində küçə ticarəti ilə mübarizənin vəziyəti və bununla əlaqədar verilən tapşırıqların icrası ilə yerində tanış olmaq üçün İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon MKTB-nin, rayon polis idarəsinin, xidmət sahələrinin rəhbərləri, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələrin işirakı ilə əraziyə baxış keçirmişdir.
     Baxış zamanı aşkar edilmişdir ki,  bu istiqamətdə  görülən bir sıra müsbətyönümlü işlərlə yanaşı nöqsanlar da mövcuddur. Xüsusən də aşkar olunmuşdur ki, Əhmədli metrostansiyasının üzərində, Məhəmməd Hadi, Sarayevo və Qaçaq Nəbi küçələrində anti-sanitar şəkildə balıq, meyvə və digər ərzaqların  satışı, yöndəmsiz “budka”larda iaşə xidmətləri  həyata keçirilməkdədir. Bu isə həmin ərazilərdə yaşayan sakinlərin haqlı narazılıqlarına səbəb olur.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən  tutulan iradların və nöqsanların tez bir zamanda aradan qaldırılması üçün bütün əlaqədar təşkilatlar, hüquq-mühafizə orqanları səfərbər edilmiş və dərhal ərazinin boşaldılması və təmizləmə tədbirlərlərinin  görülməsinə başlanılmışdır.
       Əraziyə baxış zamanı sakinlərlə də söhbətlər aparılmış onlar tərəfindən qaldırılmış problemlərin operativ həlli ilə bağlı müvafiq şəxslərə tapşırıqlar verilmişdir.

Keçidlər