Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımına həsr olunmuş abidə kompleksinin yerləşdiyi park-xiyabanda abadlıq işlərinə başlanılıb

01 fevral 2018 | 11:00

    1 fevral 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Xocalı soyqırımının anım mərasiminə hazırlıq işləri ilə əlaqədar Xocalı prospektinə və Xocalı soqrımına həsr olunmuş abidə kompleksinin yerləşdiyi park-xiyabana baxış keçirib, müvafiq tapşırıqlar verib.
     Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, rayon Mənzil Kommunal Təssərrüfat Birliyinin rəhbərliyi, qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndələrin və digər əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən baxış zamanı məlumat verilib ki, artıq bir neçə gündür hazırlıq işlərinə başlanılıb. Ərazidə təmizlik işləri aparılıb, qurumuş gül və dekorativ kollar yeniləri ilə əvəzlənib, işıqlandırma sistemləri yoxlanılıb, aşkar edilən çatışmazlıqlar aradan qaldırılıb. Əraziyə əkilmək üçün yeni ağac və gül kolları sifariş edilib. Yaxın günlərdə tərtibat işlərinə başlanılacaq.
     Rayon İcra Hakimiyyətinin başçısı əvvəlki illərdə olduğu kimi tədbirin yüksək səviyədə təşkili üçün əlavə tapşırıqlar verib.
    

 

Keçidlər