Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral Gənclər günü münasibətilə Xətai rayonunda tədbir keçirilib

01 fevral 2018 | 11:00

2 fevral Gənclər Günü mansibəti ilə Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirinə toplaşmış gənclər  rəsmi şəxslərlə bərabər onların görüşünə gələn Azərbaycanın Sidney Olimpiya  Oyunlarının çempionu, stend atıcılığı üzrə üçqat Avropa çempionu Zemfira Meftahətdinova və  Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, 2012-ci il Yay Olimpiya Oyunlarında "Qızıl fit" mükafatına layiq görülmüş Hicran Şərifovu sürəkli alqışlarla qarşıladılar.
Qonaqları və gəncləri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun adından salamlayıb təbrik edən başçının müavini Jalə Abdıyeva ölkə həyatında mühüm yer tutan  Gənclər Gününün tarixindən söz açaraq bildirdi ki, Azərbaycan gəncliyinin bu bayramı 1996-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsis olunmuşdur. Bu tarixdən keçən 22 illik bir zaman göstərdi ki, ümummilli lider bununla gənclərimizin Azərbaycanın ictimai-siyasi həyatindakı, müstəqil dövlətçiliyimizin inkişafındakı yerini və rolunu necə yüksək qiymətləndirmişdir. 
Jalə Abdıyeva Azərbaycanda gənclər siyasətinə Prezident İlham Əliyevin böyük əhəmiyyət verdiyini konkret faktlarla diqqətə çadıraraq qeyd etdi ki, məhz ölkə başçısının təşəbbüsü ilə 2005-2009, 2011-2015-ci illərdə həyata keçirilmiş  “Azərbaycan gəncliyi” Dövlət Proqramları dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur.
Natiq 2015-ci il yanvarın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş  “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın  tarixə qovuşan iki il ərzində ölkə gənclərinin həyatında yeni- yeni səhifələr açdığını qeyd edərək vurğuladı ki, dövlət başçısının həyata keçirdiyi bu siyasətdə əsas məramı Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan dövlətimizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Bayram tədbirində iştirak edən Bakı şəhər gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, Beynəlxalq dərəcəli hakim Hicran Şərifov, YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Əliyev və başqaları çıxışlarında həyata keçirilən gənclər siyasətinin uğurlarından, dövlət başçısının gənclərə diqqət və qayğısından  geniş danışaraq bildirdilər ki, dövlət gənclər siyasəti ilə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı sənədlər Azərbaycan gəncliyinin gələcək inkişaf perspektivlərini tamamilə aydın müəyyən edən olduqca mühüm və çox dəyərli mükəmməl sənədlərdir. Məhz bu sənədlərdə müəyyənləşdirilən prioritetlər inkişaf etdirildikcə gənclərimiz istər təhsildə, istər idarəetmədə, istər idmanda, istər hərbi potensialımızın gücləndirilməsində və digər sahələrdə çox böyük nailiyyətlər əldə etmişlər.
R.Abbasov Xətai Payon İcra Hakimiyyətinin gənclərlə bağlı müntəzəm keçirdiyi ictimai –kütləvi tədbirlərdən də danışaraq qeyd etdi ki, bu tədbirlər gənclərin ictimai fəallığını artırmaqla yanaşı, onlarda vətənpərvərlik hissini gücləndirir, gənclər siyasətinin reallaşmasına impuls verir və onların ölkənin ictimai-siyasi həyatında öz potensiallarını reallaşdırmağa kömək edir.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, idmanda və təhsildə fərqlənən gənclərdən bir qrupuna Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edildi.
Bayram tədbiri gənc incəsənət nümayəndələrinin konsert proqramı ilə davam etdi.

 

 

 

 

 

Keçidlər