Rayon İcra Hakimiyyətinin başçısı yanğın baş verən ərazidə olub
Xətai rayonunda 06.02.2018-ci il tarixdə saat 19:17 radələrində “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş vermişdir.
Hadisə zamanı xəsarət alan olmamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov hadisə yerində olmuş, mövcud vəziyyətlə maraqlanmışdır. Ərazidə olarkən sakinlərlə görüşən rayon İcra Hakimiyyətinin başçısı onları narahat edən məsələrlə tanış olmuş, hadisə nəticəsində elektrik enerjisinin kəsilməsi faktı ilə əlaqədar aidiyyatı qurumlarla birgə problemin aradan qaldırlması üçün tapşırıqlar vermişdir. Qısa vaxt ərzində problem öz həllini tapmış, elektrik enerjisinin verilməsi bərpa olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı bildirmişdir ki, narahatçılıq üçün heç bir səbəb yoxdur və bütün əlaqədar qurumlar hadisə ilə bağlı tədbirlər görürlər.
Rayon İcra Hakimiyyətinin başçısı rayon İcra Hakimiyyətinin məsul işçilərinə və aidiyyatı təşkilatlaraın nümayəndələrinə hər hansı zərurət yarandığı halda lazımi köməkliyin göstərilməsi üçün müvafiq tapşırıqlar vermişdir.