XƏTAİ RAYON İCRA HAKİMİYYƏTİNDƏ “KOSUQI ZOHEN” YAPON ŞIRKƏTİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLDİ
Xətai rayon İcra Hakimiyyətində Yapon bağları və dizayn üzrə məhşur olan Yaponiyanın “Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri Saki Kosuqi və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qonaqları salamlayaraq növbəti dəfə onları Azərbaycanda, Bakıda görməyindən məmnun olduğunu bildirdi. Qeyd olundu ki, cənab Saki Kosuqi artıq Xətai rayonu üçün doğmadır. Ona görə də hər gəlişi bizdə həmişə sevinc hissi yaradır. Heydər parkında tikilmiş “Yapon bağı” indi nəinki Xətai sakinlərinin, eləcə də şəhərimizin qonaqlarının sevimli yerinə çevrilib. Xüsusən də Yaponiyadan gələn qonaqlar buradan xoş təəssüratla ayrılırlar.
Xəbər verildiyi kimi Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətləri çərçivəsində Bakı şəhəri Yaponiyanın İşikava perefekturasının Komatsu şəhərinin meri Şinci Vadanın dəvətilə Xətai rayonu İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti 2017-ci il dekabrıın 2–dən 10-dək Tokioda və Komatsu şəhərində işgüzar səfərdə olmuşdur. Səfər zamanı bir sıra məsələlər müzakirə olunmuş, görüşlər keçirilmişdir. Əsas məqsəd iki dost ölkə arasındakı mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini daha da dərinləşdirmək, inkişaf etdirmək olmuşdur. O da qeyd olunmuşdur ki, bu səfərdən sonra artıq İşikava perefekturasının Komatsu və Şika şəhərlərindən qardaşlaşma təklifləri alınmışdır.
Cənab Saki Kosuqi də İcra Başçısına öz minnətdarlığını bildirərək qeyd etdi ki, həqiqətən də Azərbaycan, o cümlədən Xətai rayonu onun üçün doğma bir məkandır. Xətai rayonunda o və onu muşayət edən nümayəndə heyəti həmişə böyük hörmət və ehtiramla qarşılanır.
Görüş zamanı birgə görülən işlərin davamı olaraq “Yapon bağı”nın yaxınlığında Yaponiyanın simvollarından biri olan “Mamır bağı”nın salınması üçün planlaşdırılma işlərini davam etdirilməsi, salınacaq bağın layihəsinin hazırlanması qərara alınmışdır. Sonra qonaqlar Heydər Əliyev Parkına gələrək salınacaq bağ üçün ayrılmış əraziyə baxmışlar.
“Kosugi Zohen Co.LTD” şirkətinin rəhbəri Saki Kosuqi ilə keçirilən görüşdə şirkətin rəhbəri bundan sonra da iki ölkə arasında dostluq və əməkdaşlığın inkişafı istiqamətində səylərini artıracağını, növbəti birgə layihələrdə iştirak etməyə hazır olduğunu vurğulayıb.