Xətai rayonunda fevralın 10-dan pulsuz tibbi müayinələrə start veriləcək
08.02.2018-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində əhalinin pulsuz tibbi müayinələrdən keçirilməsinə başlanılması ilə bağlı geniş müşavirə keçirilib.
İnsan sağlamlığının qorunması iqtisamətində Ölkə başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq, Azərbaycanda ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. Burada ən vacib məqam səhiyyə ocaqlarının müasir səviyyədə qurulmasıdır ki, bu da ölkəmizdə ən yüksək səviyyədə həyata keçirilir.
Əhalinin sayına görə ən böyük paytaxt rayonu olan Xətai rayonunda da bu istiqamətdə mühüm addımlar atılır. Dövlət başçısının tapşırığına əsasən burada yeni səhiyyə ocaqları inşa edilir, mövcud binalar əsaslı şəkildə təmir edilir. Ötən il rayon üzrə 200 mindən çox insana tibbi xidmət göstərilib ki, onlarından da 153 min 508 nəfəri tibbi müayinədən keçib. 141 min 917 nəfəri sağlam hesab edilib, 10 min 633 nəfəri ambulator, 958 nəfəri isə stasionar müalicəyə cəlb olunub. Tibbi müayinənin təşkili nəticəsində rayon sakinləri tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəs müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçiblər. Bu barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırıb ki, İlk dəfə Azərbaycanda keçirilən pulsuz aksiyada əsas məqsəd insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsinə təşkil etməkdir. Prezident İlham Əliyevin tapşırığına əsasən rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təhciz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır. Bu baxımdan hər il olduğu kimi bu il də rayon icra hakimiyyətində komissiya yaradılıb. Çıxış edən həkimlər, rayon ziyalıları sakinlərin aksiyada fəal iştirakının vacibliyini vurgulayıblar.
Sonra həkimlərin təklifləri dinlənilib, mövcud problemlərlə bağlı məsələr müzakirə edilib.