Şriftin ölçüsü :

Saytın rəngi :

XOCALI SOYQIRIMININ 26-CI İLDÖNÜMÜNƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR

12 fevral 2018 | 11:00

“Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai rayon icra hakimiyyəti tərəfindən abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda abadlaşdırılma işlərinə başlanılmışdır. Xətai rayonunda bu mühüm tədbirin həyata keçirilməsinə xüsusi diqqətlə yanaşılır və bütün hazırlıq işləri  birbaşa rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun nəzarəti altında həyata keçirilir.

12.02.2018-ci il tarixdə  parkda yerləşən “Ana fəryadı” abidəsinin önündə rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, bələdiyyə sədrləri, başçının Sahə İnzibati Ərazi Dairəsi üzrə nümyəndələri, xidmət idarələrinin rəhbərlərinin  iştirakı ilə  səyyar müşavirə keçirilmişdir.
Müşavirədə Xocalı prospektində və Y.Səfərov küçəsi boyunca binaların fasadlarında cari təmir işləri,   parkda mövcud olan besetkalar, oturacaqlar, işıq dirəkləri  rənglənməsi, parkın ərazisini əhatə edən yaşayış binaları və inzibati obyektlərin fasadlarında  tərtibat işləri çərçivəsində Xocalı faciəsini əks etdirən fotobannerlər vurulması,  Xocalı prospekti boyunca avtomobil yollarında  cari təmir işləri, nizamlayıcı yol xətləri çəkilməsi və digər məsələrlə bağlı müzakirələr olunmuş və iş bölgüsü aparılmışdır.
Görülən işlər çərçivəsində parkın ərazisində əkilmək üçün gül və bəzək kolları tədarük edilmiş, hazırda Yusif Səfərov küçəsində, Xocalı prospektində yaşıllıq örtüyü yenilənir, güllər, dekorativ kollar əkilir. Hazırlıq işlərinin vaxtında və səmərəli başa çatması və tədbirin yüksək səviyədə təşkili üçün  lazımi tədbirlər görülmüşdür. Hazırda parkda işlər davam etdirilir.
 

Keçidlər