Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımına həsr olunmuş abidə kompleksinin yerləşdiyi park-xiyabanda abadlıq işləri davam edir

20 fevral 2018 | 11:00

   “Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai rayon icra hakimiyyəti tərəfindən abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda abadlaşdırılma işləri davam etdirilir. Xətai rayonunda bu mühüm tədbirin həyata keçirilməsinə xüsusi diqqətlə yanaşılır və bütün hazırlıq işləri  birbaşa rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun nəzarəti altında həyata keçirilir.
    20 fevral 2018-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov növbəti dəfə Xocalı prospektinə və Xocalı soqrımına həsr olunmuş abidə kompleksinin yerləşdiyi park-xiyabana baxış keçirib, müvafiq tapşırıqlar verib.
   Görülən işlər çərçivəsində parkın ərazisində əkilmək üçün gül və bəzək kolları tədarük edilmiş, hazırda Yusif Səfərov küçəsində, Xocalı prospektində yaşıllıq örtüyü yenilənir, güllər, dekorativ kollar əkilir. Hazırlıq işlərinin vaxtında və səmərəli başa çatması və tədbirin yüksək səviyədə təşkili üçün  lazımi tədbirlər görülmüşdür. Hazırda parkda işlər davam etdirilir.
   Rayon İcra Hakimiyyətinin başçısı əvvəlki illərdə olduğu kimi tədbirin yüksək səviyədə təşkili üçün əlavə tapşırıqlar verib.

Keçidlər