Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayon məktəbliləri Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar

20 fevral 2018 | 11:00

Xocalı faciəsinin 26-ci ildönümü ilə bağlı Xətai rayonunda silsilə tədbirlər keçirilir.  Xocalı faciəsinin 26-ci ildönümü ilə bağlı Xətai rayonunda Heydər Əliyev adına liseydə baş tutan tədbir əvvəlcə faciənin tarixini özündə əks etdirən foto sərginin nümayişi ilə başladı.
Çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyevə diqqətə çatdırdı ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Dövlət tərəfindən, o cümlədən Heydər Əliyev Fondu bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü işlər həyata keçirir. Maarifləndirmə işləri çərçivəsində rayon icra hakimiyyəti tərəfindən xüsusi buklet hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb.
Təhsil ocağının direktoru Sevinc Orucova isə bildirdi  ki, bu soyqırım aktı xalqımızın azadlıq və müstəqillik istəyini məhv etməyə yönələn siyasi addımdır.
Sonra faciənin tarixindən bəhs edən film nümayiş olundu.
Şagirlərin hazırladıqları ədəbi-bədii kampazisiyalarda isə müharibənin dəhşətləri, ermənilər tərəfindən dinc sakinlərə qarşı edilən amansız vəhşiliklər, Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıqlar öz əksini tapmışdı.

Keçidlər