Xətai Sənət Mərkəzində “UNUDULMAZ DƏRDİMİZ-QARABAĞ” adlı sərgi-tədbir keçirildi.
Xətai Sənət Mərkəzində Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş “UNUDULMAZ DƏRDİMİZ-QARABAĞ” adlı sərgi-tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Xocalı parkında ucaldılan “Ana fəryadı” abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular, ehtiramlarını bildirdilər.
Tədbirdə təsviri və tədbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın 150-dən çox işi nümayiş olunurdu.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva bildirdi ki, 20-ci əsrin sonunda dünyanın gözü qarşısında baş verən bu kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən cinayət idi. Maarifləndirmə işləri çərçivəsində rayon icra hakimiyyəti tərəfindən xüsusi buklet hazırlanıb, müəssisə və təşkilatlara paylanılıb.Vurğulandı ki, Bu cür tədbirlərin keçirilməsində əsas məqsəd isə gənc nəslə vətənpərvərlik hissini aşılamaq, onları maarifləndirməkdir.