Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr-Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münaisbətilə Xətai rayonu 55 saylı orta məktəbdə bayram tədbiri keçirildi.

25 dekabr 2013 | 11:00

 Məktəb kollektivini bayram münasibətilə təbrik edən rayon İcra Hakimiyyətinin başçısı müavini Jalə Abdıyeva bildirdi ki, 31 dekabr bütün dünya azərbaycanlılarını birlik və həmrəyliyə səsləyən əsl  ümumxalq  bayramıdır. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verirlər. Digər çıxışçılar isə Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar.Tədbirdə qeyd olundu ki, bu günün böyük  təntənə ilə  qeyd edilməsi dünyada yaşayan bütün soydaşlarımız üçün mənəvi ehtiyaca çevrilib. Tədbirin sonunda məktəblilərin hazırladıqları müsiqilər, şerlər, bir-birindən gözəl rəqslər nümayiş olundu.

Keçidlər