Xocalı soyqırımına həsr olunmuş abidə kompleksinin yerləşdiyi park-xiyabanda abadlıq işləri yekunlaşmaq üzrədir
25 fevral 2018 | 11:00
“Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planı”na uyğun olaraq Xətai rayon icra hakimiyyəti tərəfindən abidənin yerləşdiyi 1050 metr uzunluğunda olan parkda abadlaşdırılma işləri yekunlaşmaq üzrədir. Xətai rayonunda bu mühüm tədbirin həyata keçirilməsinə xüsusi diqqətlə yanaşılır və bütün hazırlıq işləri birbaşa rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun nəzarəti altında həyata keçirilir.