Xətai rayonunda əhali icbari tibbi müayinədən keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən, bütün respublika ərazisində olduğu kimi Xətai rayonunda da 10 fevral 2018-ci il tarixdən tibbi müayinə aylığına başlanılıb.
Aksiya çərçivəsində Xətai rayonunda yaşayan vətəndaşlar rayon ərazisində yerləşən 6, 7, 28, 38 saylı Şəhər Poliklinikalarında, 22 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Zığ Sağlamlıq Mərkəzində tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçir, ehtiyacı olanlara ambulator və stasionar müalicə xidməti göstərilir.
İşlərin yüksək səviyyədə aparılması məqsədilə Xətai rayon icra hakimiyyəti tərəfindən komissiya da yaradılıb. Yaradılan işçi qrupu əhalinin bu vacib kampaniyaya mütəşəkkil cəlb edilməsi üçün müvafiq təbliğat işləri aparır.
İnsan sağlamlığının qorunması iqtisamətində Ölkə başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq, Azərbaycanda, ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. İlk dəfə Azərbaycanda keçirilən aksiyada əsas məqsəd insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir. Burada ən vacib məqam səhiyyə ocaqlarının müasir səviyyədə qurulmasıdır ki, bu da ölkəmizdə ən yüksək səviyyədə həyata keçirilir.
Əhalinin sayına görə ən böyük paytaxt rayonu olan Xətai rayonunda da bu istiqamətdə mühüm addımlar atılır. Xətai rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyevanın sözlərinə görə Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnalogiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilib. Bu da sakinlərin lazımı qaydada müayinədən keçməsinə zəmin yaradır.
Aksiya çərçivəsində yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları əsaslı səbəblərdən müayinəyə gələ bilməyən vətandaşların yaşadıqları evlərə, eləcə də təşkilat və müəssisələrdə də müayinələr həyata keçirdilər.
Ümumilikdə gün ərzindən 200-dən çox insana lazımı yardımlar göstərildi.
Aksiya may ayının 1-dək davam edəcəkdir.