Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ənənəvi Ağac əkmə və yaşıllşadırma kompaniyası keçirilib. Kompaniyaya rayon ərazisinə daxil olan müəssisələrin işçiləri ilə yanaşı ərazidə gəzintiyə çıxan sakinlər də qoşulub.

26 dekabr 2013 | 11:00

Kompaniya əvvəlcə rayonun  İnqilab İsmayılov küçəsindəki yol kənarından başladı. Rayon icra hakimiyətinin başçısı Razim Məmmədovun, rayonun idarə, müəssisə rəhbərlərinin də iştirak etdiyi aksiyada ümumilikdə 1000 nəfər iştirak etdi, mindən çox zeytun ağacı və dekorativ kol əkildi. Ağacların inkişafı üçün əraziyə gübrələr verildi və sulandı. Rayonun florasının zənginləşdirilməsi məqsədilə bir sıra xarici ölkələrdən yeni ağac tingləri gətirilib. Ümumilikdə isə bu ərazilərdə  yaşılıqların salınması  Bakı və Bakı ətrafı   ekoloji tarazlığın qorunmasına və bərpa olunmasına  xidmət edir. Ağacların əkilməsi rayonun digər küçə və prospektlərində  də aparıldı. Rayonun Zığ şosesində yol kənarındakı istifadəyə yarasız yöndəmsiz ərazilərdə yaşıllıq zolaqların salınması işidavam etdirilir. Burada əraziyə təbii ot örtükləri və meşə zolaqları salındı. Ümumilikdə bu il ərzində 100 min kvadrat metr əraziyə yaşıllıq salınıb. Rayon ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində Cavanşir küçəsi 7- də yerləşən “Abad Həyət”də yenidənqurma işləri aparılıb.  Burada sakinlərin rahat istirahətini təmin etmək məqsədilə yeni oturacaqlar quraşdırılıb, əraziyə yeni ağac və gül kolları əklilib. Quruyan ağaclar isə yeniləri ilə əvəz olunub. Həyətin mərkəzində uşaqların idmanla məşğul olması üçün istifadə olunan mini-stadion da təmir olunub. Xocalı parkında isə biomüxtəlifliyin artırılması və rayonun florasının zənginləşdirilməsi məqsədilə Türkiyə, Bolqarstan, İspaniya, İtaliya, Sloveniyadan və digər dövlətlərdən gətirilən gül və ağac kolları əkilib. Rayonun abadlaşdırılması, təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində aparılan işlər hər həftə davam edəcək.

Keçidlər