Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkədə Prezident Seçkilərinin keçirilməsi ilə əlaqədar rayon ərazisində sabitliyin və ictimai təhlükəsizliyin təmin olunmasına dair müşavirə keçirildi

09 mart 2018 | 11:00

09.03.2018-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətində rayon İcra Hakimiyyəti başçısı Razim Məmmədovun  sədrliyi ilə müşavirə keçirildi. Müşavirədə rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, Xətai rayon Prokuroru Yusif İldırımzadə, Xətai rayon Məhkəməsinin sədri Nazim Tağıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi İlham Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin rəisi Mehman Qurbanov, Bələdiyyə sədrləri, MKTB-nin, Sahə İnzibati Ərazi Dairələrinin,   digər təşkilatların rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirildi.
Müşavirədə rayonda mövcud vəziyyət və qarşıda duran vəzifələrin icrasının müzakirəsi aparıldı.
Hüquq-mühafizə orqanlarının rəhbərləri çıxış edərək bildirdilər ki, Azərbaycanda seçkilərinin keçirilməsi üçün ictimai-siyasi sabitlik əsas amildir. Qeyd olundu  ki, seçkilərin sabitlik və təhlükəsiz şəraitində keçirilməsi üçün hüquq-mühafizə orqanlarının üzərində düşən vəzifələrin layiqincə yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı müvafiq qanunvericilik aktlarına əməl olunması, istər seçkiqabağı, istər seçki zamanı və istərsə də seçkidən sonrakı dövrdə ictimai asayişin qorunması üçün hüquq-mühafizə orqanları bütün zəruri tədbirləri layiqincə həyata keçirəcək. Bu gün Azərbaycan dünyada ən sabit olkələrdən biridir. Seçkilərin ölkə qanunvericiliynə və təhlükəsizlik şəraitində, ictimai sabitlik şəraitində keçirilməsi üçün hər bir Azərbaycan vətəndaşı da əlindən gələni əsirgəməməlidir.

 

Keçidlər