26 dekabr 2013-cü il
Heydər Əliyev adına liseydə Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan liseyin direktoru Fikrət Xəlilov qonaqları salamlayaraq Həmrəylik gününün tarixçəsi barədə məlumat verərək, azərbaycanlılar arasında həmrəyliyin daha da möhkəmlənməsi, bu sahədə görülən işlər barədə tədbir iştirakçılarının diqqətinə öz fikirlərini çatdırmışdır. Daha sonra çıxış edən Xətai rayon İcra Hakimiyyəti Başçısının müavini Jalə Abdıyeva liseyin kollektivini rayon rəhbərliyi adından təbrik edərək, son illər Respublikamızın hər yerində olduğu kimi Xətai rayonunda da aparılan genişmiqyaslı abadlıq quruculuq işləri barədə, eləcə də ölkə başçısı cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bütün sahələrə olduğu kimi təhsilə göstərilən diqqət və qayğıdan bəhs etmişdir. Eyni zamanda tədbirdə çıxış edən YAP Respublika Gənclər Təşkilatının sədri Seymur Orucov son illər gənclər sahəsində aparılan islahatlardan danışaraq bu sahədə əldə olunan uğurlar barədə məlumat vermişdir.Tədbirin sonunda məktəblilərin hazırladıqları müsiqilər, şerlər, bir-birindən gözəl rəqslər nümayiş olunmuşdur.