Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda ilk dəfə səs verən gənclərlə görüş keçirildi

13 mart 2018 | 11:00

Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 13 mart 2018-ci il tarixdə Humanitar Fənnlər təmayüllü məktəb-liseydə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”  Dövlət Proqramının 5.7.3-cü (Gənclər arasında seçki prosesinin və seçkilərdə (referendumda) iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) maddəsinin icrasına uyğun olaraq ilk dəfə səs verən gənclərlə maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin məsul əməkdaşı Kənan Firdovsioğlu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, 34 saylı Xətai 2-ci Dairə Seçki Komissiyasının sədri Rafael Mehdiyev, Humanitar Fənnlər təmayüllü məktəb-liseyin direktoru Nəzakət Əsgərova, Xətai rayon 9 nömrəli seçki məntəqəsinin sədri Rüfət Qurbanov və ilk dəfə səs verəcək rayon gəncləri iştirak etmişlər.
Çıxış edənlər ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan yüksək şəraitdən, onlara göstərilən diqqət və qayğıdan danışdılar. Natiqlər gənclərə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə etdilər.
Tədbirin nəzəri hissəsində 34 saylı Xətai 2-ci Dairə Seçki Komissiyasının sədri Rafael Mehdiyev Xətai rayonunda seçki ərəfəsində görülən işlər, səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələlərini gənclərə izah etdi, mövzu ətrafında gənclərin suallarını cavablandırdı.
  Sonda praktiki hissədə səsvermə ilə bağlı Xətai rayon 9 nömrəli seçki məntəqəsinin sədri Rüfət Qurbanov qurulmuş praktik məntəqə şəraitindən istifadə edərək səsvermə prosesini əvvəldən sonadək gənclərə izah etdi.

Keçidlər