XƏTAİ RAYONUNDA NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ABADLAŞDIRMA VƏ TƏMİZLİK İŞLƏRİ DAVAM ETDİRİLİR
Xətai rayonunda Novruz bayramı münasibəti ilə Mənzil-Kommunal İstismar Sahələrinin işçilərinin və sakinlərin iştirakı ilə yaşayış binalarının ətrafında və məhəllədaxili ərazilərdə iməciliklər keçirilir, çərşənbə axşamları sakinlər də cəlb olunmaqla bayram adət-ənənəsinə uyğun olaraq “Çərşənbə tonqalları” yandırılması mərasimi təşkil olunur.
Xidməti ərazilərdə məişət tullantıları meydançaları ağardılır, konteynerlər rənglənir və ətrafında profilaktiki dezinfeksiya-təmizlik işləri aparılır. Binaların məhəllədaxili ərazisində “Abad həyət”lərdə söhbətgahlar, oturacaqlar, uşaq əyləncə-idman qurğu və elementləri təmir edilərək rənglənir. Məişət tullantılarının qrafikə uyğun vaxtında daşınmasına və rayon ərazisində sanitar təmizliyə riayət olunması xüsusi nəzarət olunur.
Həmçinin Respublikamızda 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərinə hazırlıqla bağlı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq MSK-nin Xətai rayonunda 4 DSK üzrə təhsil və səhiyyə müəsissələrində yerləşən obyektlər üzrə seçki məntəqələrində texniki problemlərlərin həlli ilə bağlı tapşırıqların icrasına, obyektlərin qarşısının işıqlandırılması və yolların asfalt örtüyünün yenilənməsi işlərinə başlanmışdır.