İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Xətai rayon təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
İlaxır çərşənbə və Novruz bayramı münasibətilə Xətai rayon təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
116 saylı orta məktəbdə baş tutan tədbir əvvəlcə novruz bayramını tərənnüm edən şagirdlərin əl işlərindən ibarət sərginin nümayişi ilə başladı. Çıxış edən Milli Məclisin deputatı Fuad Muradov, rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyev diqqətə çatdırdılar ki, xalqımız qədim türk məişətini, əxlaqını, inancını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb.
Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələ də Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var.
Sonra məktəblilərin ifasında rəngarəng musiqilər, şeirlər, keçəllə kosanın oyunları nümayiş olundu.