Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın iştirakçılarının qarşılanma mərasimi keçirilib

19 mart 2018 | 11:00

18 mart tarixdə “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Xətai  məktəblilərinin Naxçıvan Muxtar Respublikasına səfərləri başa çatdı. Səfərdən qayıdan məktəbliləri Heydər Əliyev adına istirahət parkında valideynləri və Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri qarşıladılar.
Qarşılanma mərasimində  gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıldı. Bildirildi ki, turun keçirilməsində əsas məqsəd şagirdlərə onlara ölkəmizin rayonları, tarixi abidələri, muzey və mərkəzlərini daha da yaxından tanıtmaqdır.

İctimaiyyət nümayəndələri, valideynlər bu cür aksiyanın gələcək nəslin vətənpərvər ruhda böyüməsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar. Aksiyanın təşkilinə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Səfərdən böyük təəssüratla qayıtdıqlarını deyən məktəblilər isə belə aksiyaların onların dünyagörüşlərinə böyük təsir göstərdiyini dedilər.

Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər