Xətai rayonunda tibbi müayinə mütəşəkkil qaydada davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin icbari tibbi müayinədən keçirilməsi tapşırığına əsasən, bütün respublika ərazisində olduğu kimi Xətai rayonunda da 10 fevral 2018-ci il tarixdən tibbi müayinə aylığına başlanılıb.
Əhalinin sayına görə paytaxtın ən böyük rayonu olan Xətai rayonunda fəaliyyət göstərən bütün səhiyyə ocaqları ən son texnologiyalara uyğun, müasir tibbi avadanlıqlarla təchiz edilib. Xidmətin bu cür təşkili sakinlərin lazımı qaydada müayinədən keçməsinə imkan verir.
İnsan sağlamlığının qorunması iqtisamətində Ölkə başçısının əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq, Azərbaycanda, ümumiyyətlə butun vətəndaşlarımızın sağlamlığının dövlətmiz üçün nə qədər vacib olduğunun ən gözəl göstəricisidir. İlk dəfə Azərbaycanda keçirilən aksiyada əsas məqsəd insanlarda xəstəlikləri vaxtında aşkarlamaq və müalicəsini təşkil etməkdir. Burada ən vacib məqam səhiyyə ocaqlarının müasir səviyyədə qurulmasıdır ki, bu da ölkəmizdə ən yüksək səviyyədə həyata keçirilir.
Aksiya çərçivəsində yüksək ixtisaslı tibb mütəxəssislərindən ibarət həkim briqadaları əsaslı səbəblərdən müayinəyə gələ bilməyən sakinlərin yaşadıqları evlərə, eləcə də təşkilat və müəssisələrə üz tutaraq səyyar müayinələr həyata keçirirlər.
Rayon ərazisində yerləşən 6, 7, 28 və 38 nömrəli poliklinikalarında, 22 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında və Zığ Sağlamlıq Mərkəzində tibbin müxtəlif sahələri üzrə-rentgen, ultrasəslə müayinə, stomatoloq, terapiya və digər növ müayinələrdən keçir, ehtiyacı olanlara ambulator və stasionar müalicə xidməti göstərilir.
Ümumilikdə gün ərzində 200-dən çox rayon sakininin sağlamlıq vəziyyəti öyrənilir və onlara lazımı yardımlar göstərilir. İndiyədək minlərlə sakin həkimlərin müayinəsindən keçib.