Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 31 Mart -Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi anılıb

30 mart 2018 | 11:00

Xətai rayonunda 31 Mart -Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Rayondakı  171 saylı orta məktəbdə keçirilən tədbridə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırdı ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri  tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu faciələrin dünya miqyasında tanıdılmasında dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir.
Çıxış edənlər 20-ci əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi proseslər, Qafqazda erməni daşnakları tərəfindən törədilən  soyqırımlar haqqında danışdılar.
Sonra soyqırım qurbanlarının xatirəsinə həsr edilən film nümayiş olundu.
Tədbir şagirdlərin hazırladıqları "Susmaram" adlı ədəbi bədii kampazisiya ilə davam etdirildi.

Keçidlər