Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonundakı 7 saylı cəzaçəkmə müəssisəsində 31 mart azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbir təşkil olunmuşdur

31 mart 2018 | 11:00

31 mart azərbaycanlıların soyqırımı gününün 100 illiyi ilə əlaqədar  Xətai rayonundakı  7 saylı cəzaçəkmə müəssisəsində rayon icra hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdirinin müavini   Məhəmməd İbrahimov və rayon İcra Hakimiyyətinin başçısının Əhmədli qəsəbəsi İnzibati Dairəsi üzrə nümayəndəsi Mehman Allahverdiyev və Əhmədli bələdiyyəsinin sədri Pərviz Quliyevin iştirakı ilə tədbir təşkil olunmuşdur.
Tədbirdə müəssisənin rəisi ədliyyə polkovnik-leytenantı Rasim Bayramov 1998-ci ilin mart ayının 26-sında ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilməsini və 1918-ci ilin azərbaycanlıların soyqırımının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamını məhkumların diqqətinə çatdırmışdır.
Çıxış edən  rayon icra hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdirinin müavini Məhəmməd İbrahimov məhkumlara soyqırımla bağlı geniş məlumat vermişdir.
Tədbirin sonunda 31 mart azərbaycanlıların soyqırımı ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

Keçidlər