RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI APREL ŞƏHİDİNİN HƏYAT YOLDAŞINI QƏBUL ETDİ
2 aprel 2018-ci il tarixdə rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib. Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, başçının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Mənzil İstismar Sahələrinin məsul işçiləri, rayon xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbulda ümumilikdə 27 vətəndaş iştirak etmişdir. Müraciət edən sakinlər tərəfindən əsasən, sosial və kommunal məsələlərlə bağlı müraciətlər dinlənilmişdir. Vətəndaşlar Adışirin Çıraqov, Səmayə Abdullayeva, Pərişan Musazadə və başqalarıının qaldırdıqları sosial-məişət və digər məsələlərlə bağlı müraciətlərə aydınlıq gətirilmiş, həlli istiqamətində müvafiq tapşırıqlar verildi. Məlum aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olmuş pilot mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə minnətdarlıq edərək bildirdi ki, vətən yolunda şəhid olanlara dövlət qayğısı həmişə onların ailələrini məmnun edir, yaxınlarını, övladlarını ruhlandırır.
Sakinlər onlara verilən cavablardan və izahatlardan razı qaldıqlarını bildirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.