Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar 138 saylı məktəbdə tədbir keçirilib
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin ikinci ildönümü ilə əlaqədar Xətai rayonunda təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
138 saylı tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva diqqətə çatdırdı ki, Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazilərimizin işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi.
Çıxış edən Aprel döyüşlərinin iştirakçısı Elşən Qarayev, Şəhid Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə və digər çıxışçılar bidlirdilər ki, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinə start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı.
Tədbir şagirdlərin ifasında "Şəhidlər ölməz vətən bölünməz" adlı ədəbii-bədii kampazisiya nümayiş olundu.