İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi Xətai rayonunda qeyd olundu
İlham Əliyevin prezident seçkilərində möhtəşəm qələbəsi münasibətilə Xətai rayonunda tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, YAP-nın fəalları, millət vəkilləri iştirak ediblər.
Rayondakı Heydər Əliyev parkında quraşdırılan monitorda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti nümayiş olunub. Daha sonra tədbir bayram əhval-ruhiyyəsində davam edib.
Tədbirdə rayon ağsaqqalları ziyalıları çıxış edərək bildiriblər ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi Azərbaycanın yeni inkişafı, yüksəlişi, ölkəmizdəki sabitliyin, əmin-amanlığın qorunub saxlanılması, hər bir Azərbaycan vətəndaşının öz gələcəyinə ümidlə baxması deməkdir. Buna görə də bütün Azərbaycan xalqı bu qələbəni hamılıqla bayram edir. Bu gün Xətai rayonunda keçirilən şənlik bu qələbə ilə əlaqədardır. Azərbaycan xalqı bu qələbəni qeyd etməyi özünə borc bilir.
Qeyd olunub ki, Azərbaycan ziyalıları, respublikamızın intellektual elitası bu gün xüsusi qurur və sevinc hissləri yaşamaqdadır. Çünki bu qələbə siyasi liderin fərdi uğuru, şəxsi nailiyyəti olmaqdan daha çox xalqın öz tarixi taleyi qarşısında milli məsuliyyətin və vətəndaş cavabdehliyinin göstəricisidir.
Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.
Sonda möhtəşəm atəşfəşanlıq olub.