Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda 31 Dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni ilə hazırlıq işləri davam etdirilir.

27 dekabr 2013 | 11:00

Respublikamızın hər yerində olduğu kimi Xətai rayonunda da bu il yeni il bayramına ciddi hazırlıq gedir. Artıq rayonun bir sıra küçələrində o cümlədən  Heydər Əliyev parkında, Yusif Səfərov küçəsində, Rahib Məmmədov və Zığ Yolu küçələrində yerləşən parklarda hündürlüyü 16, 26, 12 və 8 metr olan yolkalar quraşdırılıb. Bütün park və küçələrdə bəzədilən yolkalar, şaxta baba və qar qızın olması, eləcə də əhalinin xoş əhval ruhiyəsi onu göstərir ki, rayonda yeni ili səbirsizliklə gözlənilir. Yeni ili daha maraqlı qarşılamaq və bu günlərdə sakinlərin rahat istirahətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti tərəfindən tədbirlər planı da hazırlanaraq həyata keçirilir.

Keçidlər