Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Pasxa bayramı ilə əlaqədar tədbir keçirilib.

14 aprel 2018 | 11:00

14 aprel 2018-ci il tarixində Xətai  Rayonunda rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə “Mübarək” şadlıq evində Pasxa bayramı münasibətilə rayon ərazisində yaşayan pravoslav icmasının nümayəndələri ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov  icma nümayəndələrini bayram münasibətilə təbrik edərək Azərbaycanda nümunəvi dövlət-din münasibətlərinin formalaşdığını vurğulayıb.
Çıxış edən Azərbaycan Rus icnasının sədri, millət vəkili Mixail Zabelin, Millət vəkilləri Hüseynbala Mirələmov, Səməd Seyidov qeyd etmişlər ki, Azərbaycanda yaşayan pravoslav icmasının nümayəndələri ölkənin ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər və etnik-dini tolerantlıq şəraitində öz ayinlərini sərbəst həyata keçirirlər.
İcma nümayəndələri Respublikada onlar üçün yaradılmış şəraitdən razılıqlarını ifadə etmişlər.

 

Keçidlər