Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirilib

23 aprel 2018 | 11:00

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçıllığı ilə 171 saylı orta məktəbdə  görkəmli oftalmoloq-alim,  əməkdar elm xadimi, akademik Zərifə xanım  Əliyevanın anadan olmasının 95-ci  ildönümünə həsr olunan  tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva  akademik Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan, Azərbaycan və dünya oftalmologiya elminə  verdiyi böyük töhfələrdən danışdı.  Bildirdi ki,Zərifə Əliyeva oftalmologiyanın aktual mövzuları ilə bağlı çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən,  Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib. Gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki  orijinal işlərinə görə  Zərifə xanım SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın idi. Onun mənalı ömür yolu bu gün də, gələcəkdə də, hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün mənəvi  kamillik və əsl insanlıq  məktəbidir.
9 saylı uşaq  poliklinakısının baş həkimi Aidə Hüseynzadə və digər çıxış edənlər bildirdilər ki,   Zərifə Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patalogiyasını araşdıran elmi –tədqiqat labaratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin-"peşə oftalmologiyası"nın əsasını qoyub. O, oftalmologiya sahəsində  görkəmli alim olmaqla yanaşı, həm də  Azərbaycan qadınına xas olan  ən ülvi dəyərləri özündə yaşadan ziyalı xanım, şəfalı əlləri ilə gözlərə işıq bəxş edən  nurlu şəxsiyyət  idi.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompazisiya təqdim olunub.

Keçidlər