Xətai rayonunda Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş “Danışan ilmələr” adlı ədəbi-bədii gecə keçirilib
26 aprel 2018-ci il tarixdə rayon ərazisində yerləşən Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş “Danışan ilmələr” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Bakı Şəhər Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva görkəmli alim Mir Cəlal Paşayevin Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafındakı misilsiz xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov qeyd etdi ki, görkəmli yazıçı, böyük alim və pedaqoq Mir Cəlal Paşayev Azərbaycan ədəbi-bədii fikrində və elmində özünəməxsus yeri olan böyük bir şəxsiyyətdir. Həmçinin həyatını elmimizin və ədəbiyyatımızın inkişafina sərf edən böyük şəxsiyyətin xeyirxah əməlləri ilə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını bildirib.
Şagirdlər yazıçının “Bir gəncin manifesti” romanından “İtə ataram, yada satmaram” adlı hissəni səhnələşdirib, şeirlər və mahnılar ifa ediblər.
Sonda Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş edilib.