Şriftin ölçüsü :

Saytın rəngi :

Humanitar Fənnlər Təmayüllü məktəb-liseydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 iliyinə həsr olunan tədbir keçirildi.

03 may 2018 | 11:00

Xətai rayonunda Humanitar Fənnlər təmayüllü  məktəb-liseydə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 iliyinə həsr olunan tədbir  keçirildi.
Məktəb-liseyin  direktoru Nəzakət Əsgərova  görkəmli dövlət xadimi və müdrik  siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin nəsillərə örnək olan şərəfli ömür yolundan, Ulu Öndərin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən danışdı.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva qeyd etdi ki, Heydər Əliyev tarixin Azərbaycan xalqına bəxş etdiyi nadir şəxsiyyət, əsl lider və sərkərdə olmaqla yanaşı, həm də bütün dünyada sayılıb-seçilən bacarıqlı dövlət xadimi və dahi siyasətçi idi. O, yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlam, savadlı və zəngin dünyagörüşə malik şəxsiyyət kimi yetişmələri üçün bütün lazımi tədbirləri həyata keçirirdi.
Çıxışlarda Ulu Öndərin elmə, təhsilə göstərdiyi qayğıdan, müxtəlif sahələrdə çalışan intellektual səviyyəli gənclərin  xalqa tanıdılması və onların əməyinin qiymərləndirilməsi istiqamətindəki fəaliyyətindən söz açıldı.
Sonda şagirdlərin ifasında Ulu Öndərə həsr olunan musiqili ədəbi-bədii kampozisiya nümayiş olundu.

Keçidlər