Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev adına liseydə Ulu Öndərin xatirəsi anılıb

04 may 2018 | 11:00

Xətai rayonunda Ulu Öndərin 95 illiyi ilə əlaqədar silsilə tədbirlər davam edir.
04.05.2018-ci il tarixdə Ulu Öndərin adını daşıyan liseydə "Heydər Əliyev-Azərbaycanın müstəqilliyi əbədidir" mövzusunda tədbir keçirilib.
Liseyin direktoru Sevinc Orucova Ümummilli Liderin milli-mənəvi dəyərlərin qorunmasına, elm və təhsilin inkişafına göstərdiyi qayğıdan  danışıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini  Jalə Abdiyeva Heydər Əliyevin görkəmli dövlət xadimi və müdrik siyasətçi kimi titanik fəaliyyətindən, dövlət quruculuğu prosesinin müxtəlif sahələrdə hətata keçirdiyi islahatlardan söz açıb.
Tədbir şagirdlərin hazırladığı ədəbi-bədii kampazisiya ilə davam etdirilib.

Keçidlər