Şriftin ölçüsü :

Saytın rəngi :

Mərkəzi Neftçilər Xəstəxanasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbir keçirildi.

04 may 2018 | 11:00

Mərkəzi Neftçilər Xəstəxanasında Xətai rayon İcra Hakimiyyətinin birgə təşkiltçılığı ilə    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr  olunan tədbir   keçirildi.

Xəstəxananın baş direktoru Hikmət Həsənov  Ulu Öndər Heydər Əliyevin səhiyyə sisteminin inkişafı, tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksək ixtisaslı həkim kadrlarının hazırlanması  sahəsindəki  xidmətlərindən danışdı.

Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdiyeva  bildirdi ki,  Ümummilli Lider tibb işçilərinə böyük qayğı göstərib, yeni xəstəxana və poliklinikalar tikilib istifadəyə verilib, tibb ocaqları müasir cihaz və avadanlıqlarla təchiz edilib.

Sonra bir qrup müharibə veteranı və aztəminatlı ailələrin nümayəndələri üçün pulsuz göz müayinəsi təşkil olunub.

 

Keçidlər