Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı Tarsusdakı Kampus Okulları məktəbində də tədbir keçirildi

06 may 2018 | 11:00

Türkiyədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunur. Bu çərçivədə qardaş ölkənin Mersin vilayətində Xətai rayonu və yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə silsilə tədbirlər keçirilib. 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı Xətai rayonundakı "Zəkalar liseyi" ilə qardaşlaşmış məktəb olan Tarsusdakı Kampus Okullarında da tədbir keçirildi.

Məktəbdəki Hedər Əliyev salonunda təşkil edilən toplantıda çıxış edən Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, Millət vəkili Hüseynbala Mirələmov, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Bürhanəttin Kocamaz,  məktəbin direktoru Ender Portakal və digər natiqlər Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki müstəsna yeri, dahi şəxsiyyətin zəngin irsinin gənc nəsillərə çatdırılmasının əhəmiyyəti haqqında danışdılar.

Tədbir məktəblilərin ifasında Azərbaycan mahnılarının səslənməsi ilə yekunlaşdı.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Mersin və Tarsusda keçirilən tədbirlər yerli televiziya tərəfindən canlı olaraq yayımlandı. Qəzetlər mövzu ilə bağlı materiallara geniş yer ayırdılar. 

Keçidlər