Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə Türkiyədə keçirilən tədbirlərdə iştirak etən Xətai nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirib-VİDEO

06 may 2018 | 11:00

Türkiyədə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü geniş qeyd olunur. Bu çərçivədə qardaş ölkənin Mersin vilayətində Xətai rayonu və yerli hakimiyyət orqanlarının birgə təşkilatçığı ilə silsilə tədbirlər keçirilib. 

Səfər çərçivəsində Mersin Valisi Əli İhsan Su ilə də görüş keçirildi. Yerli hakimiyyət orqanlarının rəhbərlərinə tədbirlər üçün xüsusi olaraq hazırlanan hədiyyələr təqdim edildi.

Azərbaycan nümayəndə heyətinin üzvləri Tarsus Bələdiyyəsinin sədri Şevket Can və Mersin bələdiyyəsinin sədri Burhanəddin Kocamazla da görüşlər keçirdilər.

Görüşlərdə Xətai rayonu ilə Mersin və Tarsus arasındakı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edildi.

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı Mersin və Tarsusda keçirilən tədbirlər yerli televiziya tərəfindən canlı olaraq yayımlandı.

Qəzetlər mövzu ilə bağlı materiallara geniş yer ayırdılar.

https://www.facebook.com/173778893157406/videos/294532234415404/

Keçidlər